• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Ülviyyə Şamilqızı dəfn olundu

Jurnalist Ülviyyə Şamilqızı dəfn olundu
25.01.2018 16:43
Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızı (Məmmədova) dəfn olunub.

Report xəbər verir ki, mərhumun cənazəsi Azərbaycana gətirilib və bu gün Gəncə şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfndə Ü.Şamilqızının ailə üzvləri, yaxınları, jurnalist həmkarları iştirak ediblər.

Qeyd edək ki, hadisə yanvarın 23-də vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata görə, Ü.Şamilqızını adı açıqlanmayan 30 yaşlı şəxsin idarə etdiyi "Volkswagen Passat” markalı avtomobil vurub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsi qayda pozuntusu sayılmır. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.

Faktla bağlı Rusiya DİN-nin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Ü.Şamilqızı uzun müddət Azərbaycanın bir sıra KİV-lərində, o cümlədən "Xalq Cəbhəsi” qəzetində, "Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Ü.Şamilqızının atası Qarabağ müharibəsində itkin düşüb və sonrakı taleyindən indiyədək heç bir məlumat əldə etmək mümkün olmayıb. Mərhum jurnalist uşaq yaşlarında olanda anasını da vəfat edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol