• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Heç bir uşaq zorakılığa layiq deyil

Deputat: Heç bir uşaq zorakılığa layiq deyil
26.01.2018 14:45
AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın "Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsinin müzakirələri zamanı erməni deputatlar yenidən təxribat törətməyə cəhd göstəriblər.

Anews.az xəbər verir ki, müzakirələr zamanı isə məruzəçi S. Fətəliyeva ermənilərin təxribat cəhdlərinə qarşı etirazını bildirib, onlara  sərt cavab verib.

S. Fətəliyeva bildirib ki, müharibələr həmişə olub və onların qurbanları arasında uşaqlar da yer alıb. Onlar amansız zorakılıqla öldürülüblər. Uşaqların mənsub olduqları millət, din əsasında öldürülməsi, siyasi ambisiyaların qurbanı olmaları qəbuledilməzdir.

"Mən Azərbaycanı təmsil edirəm, azərbaycanlıyam. Təəssüf ki, Azərbaycanın uşaqların silahlı münaqişədə, müharibədə qorunması sahəsində təcrübəsi var. Məruzəni hazırlamaq çox çətin idi. Çalışdım ki, tarazlı məruzə hazırlayım, etnik mənsubiyyətindən, dinindən, coğrafiyasından asılı olmayaraq, bütün uşaqların hüquqlarının müdafiə olunmasını, onların qorunmasını təmin edək. Bu gün heç bir ölkə müharibədən sığortalanmayıb. Heç bir məsum uşaq zorakılığa layiq deyil”, - deyə S. Fətəliyeva vurğulayıb.

O, qeyd edib ki, ölkələr beynəlxalq hüquqa, onun norma və prinsiplərinə riayət etsələr, belə məruzəyə ehtiyac olmaz. Əsas problem ölkələrin beynəlxalq hüquqa riayət etməmələridir:

"Beynəlxalq hüququn tətbiq edilməməsi uşaqlara qarşı zorakılığın tam cəzasız bir mühitdə aparılmasına imkan yaradır. Bu gün uşaqların hüquqlarının pozulmasının qarşısını almaq üçün səylərimizi birləşdirməli, cəzasızlığı aradan qaldırmalıyıq. Bu məruzə digər məruzələrdən daha emosionaldır, onun siyasi əhəmiyyəti və gücü daha çoxdur. Məqsədimiz uşaqların qətlə yetirilməsinin, müharibələrin qurbanları olmasının qarşısını almaq, onların gələcəyini düşünməkdir. Uşaqlar nifrət, qorxu içində yaşamamalıdırlar. Onların gələcəyini biz düşünməliyik. Ümid edirəm ki, bu məruzə, sadəcə, AŞPA-nın müzakirə meydançası olmayacaq”.

Millət vəkili bildirib ki, AŞPA-nın nüfuzu zəifdir, çünki burada qəbul olunan qətnamələr, qərarlar burada da unudulur, həyata keçirilmir.

"Bu da onun nüfuzunun azalmasına aparır. Bu məruzə ilə AŞPA-nın güclü təşkilat olduğunu göstərək. Uşaqlar üçün ədaləti bərpa edək. Uşaqlar sağlam mühitdə böyüməlidirlər. Onlar güllə səsi yox, layla eşitməlidirlər. Onlar müharibə yox, mavi səma şəkli çəkməlidirlər. Ədalətdən danışırıqsa, kimin haqlı, kimin günahkar, kimin təcavüzkar, kimin qurban, kimin işğalçı, kimin işğal olunan olduğunu açıq deməliyik”, - deyən S. Fətəliyeva parlamentariləri ədalətli olmağa səsləyib.

Sonda S. Fətəliyevanın hazırladığı "Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə yekdilliklə qəbul olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol