• $
  • €
  • ₽
  • ₺
  • £

Bu əraziləri su altında qala bilər

Bu əraziləri su altında qala bilər
29.05.2020 08:44
Paytaxtın Sabunçu rayonunun "Şuşa şəhərciyi", "Savalan", "Daş karxanası" yaşayış massivlərində, həmçinin Maştağa qəsəbəsinin bir neçə yerində atmosfer yağıntılarının təsirindən qurunt sularının səviyyəsinin qalxması və su basması müşahidə olunur.

Bu sözləri Qaynarinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. O, həmin ərazilərdə mərkəzləşmiş drenaj şəbəkəsinin olmaması və mövsümü yağışlar səbəbəbindən belə problemlərin yarandığını bildirib.

R. Həsənov həmçinin əlavə edib ki, Bakının digər yerlərində də sürüşmə aktivləşib:

"Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeronun "Nübar" qəsəbəsində (El arasında "At yalı" adlanan yaşayış sahəsi) sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir. Zığda 2 il öncə sürüşmə zonasında olan evlər siyahıya alınıb. Orada da proses daimidir. Hətəm Allahverdiyev, Xanlar, İdris Süleymanov küçələri boyunca prosesin dinamikasında aktivlik var. O ki qaldı həmin ərazilərdən əhalinin köçürülməsinə, bu, bizim səlahiyyətimiz daxilində deyil, biz sadəcə ərazidə baş verən geoloji prosesləri öyrənirik".

Bayıldakı son vəziyyət barədə də məlumat verən qurum rəsmisi tədqiqat işlərinin davam etdirildiyini qeyd edib:

"Bayılda son günlər prosesin aktivləşməsi istiqamətində elə də ciddi bir dəyişiklik yoxdur. Bizim tərəfimizdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyəti dövlət qurumları tərəfindən ərazidə tədqiqat işləri aparılır. Hazırda biz yamacı yuxarısında qazıntı işləri görürük. Buruq qazıntı işlərindən sonra müəyyən rəy hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaq. Ondan sonra aidiyyəti qurumlar bununla bağlı tədbirlər görəcəklər".


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol