• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Şahdağda xizək sürdü - FOTO

İlham Əliyev Şahdağda xizək sürdü - FOTO
30.01.2018 13:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda "Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə "Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

Həmçinin dövlətimizin başçısına məlumat verildi ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada "Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.

Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.

İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.

Dövlətimizin başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verildi. Bildirildi ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.

Məlumat verildi ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.

Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.

Sonra Prezident İlham Əliyev "Şahdağ” qış-yay turizm kompleksində xizək sürüb.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol