• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!
30.01.2018 14:30
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM tərəfindən 11 və 26 yanvar 2018-ci il tarixlərində inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

Yanvarın 11-də elan olunmuş inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1129 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcək. Hazırda qeyd olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 801 nəfərdir. Yanvarın 26-da elan olunmuş inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat isə fevralın 23-dək davam edəcəkdir və hazırda müsahibə üçün qeydiyyatdan keçənlərin sayı 53 nəfərdir.

11 yanvar 2018-ci il tarixində elan olunmuş müsahibəyə ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub: Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə), Dövlət Statistika Komitəsi (78 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə).

26 yanvar 2018-ci il tarixində elan olunmuş müsabiqənin müsahibə mərhələsinə isə Təhsil Nazirliyi rayon təhsil şöbələrində olan 189 vakant icraçı vəzifə təqdim olunub.
 
Xatırladaq ki, müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən Respublikamızın rayon və şəhərlərində yerləşən qurumlardadır. Bu bölgələrdə yaşayan, eləcə də orada işləmək istəyən vətəndaşlar üçün bir fürsətdir. Rayonlarda da dövlət qulluğunda çalışmaq üçün yüksək ixtisaslı kadrlara ehtiyac var və vətəndaşlar bu imkandan yararlanmalıdırlar.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış ola bilərsiniz.

Qeyd edək ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı fevralın 18-də keçiriləcək və bu imtahana qeydiyyat fevralın 11‑dək davam edəcəkdir. İmtahanda iştirak etmək üçün hazırda 153 nəfər qeydiyyat keçib.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "İnzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat” vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol