• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ rəhbərliyindən xüsusi tapşırıq

MTRŞ rəhbərliyindən xüsusi tapşırıq
31.01.2018 13:15
Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri radiolardakı əsas problemləri də açıqlayıb:

"Əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərə bilərik. Bundan başqa, radioların proqram siyasətində də müəyyən problemlər özünü göstərir. Teleradio yayımı haqqında qanunvericilikdə radioların üzərinə düşən bir sıra vəzifələr öz əksini tapıb. Onlardan biri də efirin eynitipli yayımlarla yüklənməsinə yol verilməməsinin zəruriliyidir. Amma təəssüf ki, bir sıra radiolar yalnız musiqi və saatın tamamında xəbərlər verməklə işini bitmiş sayır. Radioların efirində proqram rəngarəngliyi təmin edilməlidir, maarifləndirmə işinə diqqət artırılmalıdır, radioların potensialından səmərəli istifadə edilməlidir”.

T. Dadaşov qeyd edib ki, musiqi seçimində də peşəkarlığa diqqət yetirilməlidir:

"Burada radiolarda yaradıcılıq redaksiyalarının üzərinə böyük məsuliyyət düşür. Tematik radioların da proqram səbətinin zənginləşdirilməsinə ciddi ehtiyac duyulur. Fəaliyyət göstərdikləri sahələr üzrə rəngarəng yayım proqramı hazırlanmalıdır. Məsələn, bu mənada Avto FM-dən gözləntilər çoxdur”.

T. Dadaşov vurğulayıb ki, MTRŞ rəhbərliyi tərəfindən monitorinq qrupuna radioların efirinin total şəkildə izlənməsi və bunun nəticəsi əsasında geniş təhlillərin aparılması ilə bağlı xüsusi tapşırıq verilib:

"Təqribən mart ayının ikinci yarısında monitorinqin nəticələri bəlli olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol