• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər “əsgər”i dəstəklədi

Alimlər “əsgər”i dəstəklədi
31.01.2018 14:30
Ötən gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Orfoqrafiya Komissiyasının iclası keçirilib.

Kult.az xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov məlumat verib. O bildirib ki, 3 saata yaxın davam edən görüş olduqca faydalı keçib:

"İşçi qrupunun üzvü kimi bir daha şahid oldum ki, "Layihə" ilə bağlı KİV-də gedən yazılara - irad və təkliflərə son dərəcə hörmət və təmkinlə yanaşılır. Orfoqrafiya Komissiyası bu fikirdədir ki, "Layihə" ilə bağlı ən kəskin fikirlər belə azərbaycançılıq və vətənsevərlik duyğusundan qaynaqlanır. Yazılardan o da məlum olur ki, irad bildirənlərin bir çoxu dillə dilçilik elmini eyniləşdirirlər, hətta "dilimiz dəyişdirilir" şüarı ilə çıxış edirlər.

Bu "Layihə"də dil məsələsi müzakirə olunmur. Söhbət orfoqrafiya qaydalarından, onun təsbitindən gedir. Orfoqrafiya dilin deyil, dilçilik elminin problemidir və bu sahə ilə dilçilər məşğul olurlar. Orfoqrafiya qaydaları ilə bağlı belə bir layihə ilk dəfədir ki, cəmiyyətin müzakirəsinə verilib. Bu tarixi hadisəni düzgün dəyərləndirmək isə hər kəsin borcudur. Dil inkişaf etdikcə bəzi qaydaların yenilənməsi zərurəti yaranır”.

Şahlar Məmmədovun sözlərinə görə, "Layihə" ilə bağlı irad və təkliflərin nəzərə alınmaması yönündəki xəbərlər həqiqəti əks etdirmir:

"Akademik İsa Həbibbəylinin təbirincə desək, bu layihə kiminsə elmi-tədiqiqt işi deyil ki, istədiyi maddələri daxil etsin və onu müdafiə etsin. "Layihə" ilə bağlı təkliflər ayrı-ayrı dilçilərə məxsusdur və ümumiləşdirilərək müzakirəyə təqdim edilib.

"Qərar yuxarıdan gəlib, irad və təkliflərimiz nəzərə alınmayacaq" kimi təbliğatların heç bir əsası yoxdur. "Layihə" ilə bağlı haqsız, qərəzli fikirlərə ilk gündən etiraz etmişəm, çünki bu, taleyüklü məsələdir, dövlət işidir.

İşçi qrupu ayrı-ayrı maddələrə aid KİV-də gedən fikirləri ümumiləşdirdikdən sonra nəticələri elan edəcək. Məsələn:

1. "Əsgər”, yoxsa "əskər” yazılsın? 6 nəfər "əskər”in lehinə, 14 nəfər əleyhinə; 2. "Alğı-satqı”, yoxsa "alqı-satqı” yazılsın? 8 nəfər "alğı-satqı”nın lehinə, 5 nəfər əleyhinə və s.”.

Alim bildirib ki, istəyən hər kəs "Layihə" ilə bağlı birbaşa irad və təkliflərini əsaslandırmaqla yazıb göndərə bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol