• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücü və piyadalara - Çağırış

DYP-dən sürücü və piyadalara - Çağırış
01.02.2018 10:45
Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır.

Axar.az xəbər verir ki, bu sözləri Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır:

"Əsas qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır.

Əsasən ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınırsa, nəticədə 207 nəfər insan təlafatı baş verirsə, bu təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir. Başqa sözlə deyək ki, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır.

Təqsirli olaraq, ehtiyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub. Xüsusilə, ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur”.

V.Əsədov müqayisəli rəqəmlər göstərərək deyib ki, – 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb: "Yəni, beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yol ayrıcı, 60 yeraltı və yürüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.

Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də subut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır ki, istər sürücü olsun, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol