Bu icra hakimiyyətinin idarəsi ləğv edildi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən Sumqayıt şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.
Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan İnformasiya və Reklam Departamenti qanunvericiliyə müvafiq olaraq, Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























