• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ əhaliyə müraciət etdi

MTRŞ əhaliyə müraciət etdi
01.02.2018 15:57
Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.

Bu barədə APA-ya MTRŞ-nin Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qərara əsasən, TV vericilərinin fevralın 5-də keçiriləcək profilaktikasından sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq: "48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək. Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edirik”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda peyk və yerüstü TV yayımı rəqəmli formada həyata keçirilir:

"Hazırda ölkəmizin əhalisinin 99,9%-dən çoxu yerüstü rəqəmli TV yayımı ilə əhatə olunub. Bunu həyata keçirmək üçün ölkəmizin ərazisində müxtəlif güclü 145 TV vericisi işləyir. Rəqəmli TV yayımı yaxşı keyfiyyət təmin etsə də, bu hələ tam yüksək keyfiyyət sayıla bilməz. Dünya ölkələrində yüksək həlletmə qabiliyyətli (HD –High Definition), Full HD və UltraHD formatında TV yayımı aparılmaqdadır. Bu formatların tətbiqi ekranda kiçik detalları canlandırmağa və təsviri baxımlı etməyə imkan verir. Bu cəhətdən UltraHD formatının imkanları daha genişdir. Ölkəmizdə 2016-cı ildə HD formatı üçün standart hazırlanıb. Lakin əhalidə olan televizorların bir qismi HD formatını dəstəkləmədiyi üçün paralel olaraq SD (Standard Definition) formatında TV yayımı hələ bir müddət davam etdiriləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol