• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı
02.02.2018 11:39
Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri vəzifəsinə təyin edildi.

Axar.az xəbər verir ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir.

İşdən çıxarılanlar arasında keçmiş vergilər naziri F.Məmmədovun da qohumları var. Onların siyahısını təqdim edirik:

1. Namiq Quliyev - F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini. N.Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib.

2017-ci ilin 25 dekabr tarixində vəzifəsindən kənarlaşdırılıb.

2. Namiq Əliyev - F.Məmmədovun qudası, Vergilər nazirinin müavini. N.Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib.

3. Elnur İsgəndərov - F.Məmmədovun bacısı oğlu. Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi daşıyan Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında təyin edilmişdi. E.İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

Qeyd edək ki, E.İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol