• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurasının adından saxtakarlıq edilib

Mətbuat Şurasının adından saxtakarlıq edilib
03.02.2018 11:15
Mətbuat Şurasının və qurumun rəhbəri Əflatun Amaşovun adından saxtakarlığa yol verilib.

AzVision.az-ın məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov bildirib ki, "Qaynar-xett.az” saytı öz "əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Azərbaycan Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun "imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb. 

Həmin vəsiqələrin şəkillərini sosial şəbəkədə paylaşan Ə.Rüstəmov qeyd edib: "Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik...

Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. İndidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol