• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Abdulla mühüm müqavilələr imzaladı

Kamal Abdulla mühüm müqavilələr imzaladı
03.02.2018 13:27
Azərbaycan Dillər Universiteti (ADU) ilə Ukraynanın Kiyev Milli Linqvistik Universiteti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında müqavilə imzalanıb.

ADU-dan Axar.az-a verilən məlumata görə, müqavilədə iki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, akademik, elmi və mədəni əlaqələrin qurulması nəzərdə tutulur.

Sənədi ADU-nun rektoru, akademik Kamal Abdulla və Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vasko imzalayıblar.

İmzalanma mərasimində ADU-nun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə aprel-may aylarında keçiriləcək "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans barədə də söhbət açılıb. Roman Vasko rəhbərlik etdiyi universitetin həmin tədbirdə iştirak edəcəyini bildirib. Qeyd edilib ki, konfransın 10-a qədər ölkədə keçiriləcək bölmə iclaslarından biri də Kiyev Milli Linqvistik Universitetində təşkil olunacaq.

Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura isə fevralın 2-də imza atılıb. Ölkəmizin bu nüfuzlu ali təhsil müəssisəsi ilə Belarusun Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq sazişi bağlanıb. Müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova imzalayıblar.

Mərasimdə çıxış edən ali məktəb rəhbərləri imzalanmış müqavilənin tərəflər qarşısında geniş imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, bu sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, professor-müəllim heyətinin ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini, birgə elmi nəşrlərin hazırlanmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların və s. təşkilini nəzərdə tutur.

Minsk Dövlət Linqvistik Universitetinin rektoru N.Baranova ADU-nun təşkilatçılığı ilə keçiriləcək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans barədə məlumatlı olduqlarını və Təşkilat Komitəsinin razılığı olacağı təqdirdə bu möhtəşəm konfransın bir bölməsinin iclasını da Minskdə, rəhbərlik etdiyi universitetdə təşkil etməyə hazır olduqlarını deyib.

Azərbaycan xalqının ümummilli liderinin xatirəsini əziz tutduqlarına görə belaruslu həmkarlarına minnətdarlığını bildirən akademik K.Abdulla Təşkilat Komitəsinin sədri kimi bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Professor N.Baranova Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmaq istədiklərini də vurğulayıb. Bu işdə ADU-nun köməyini əsirgəməyəcəyini qeyd edən rektor Kamal Abdulla rəhbərlik etdiyi universitetdə də belarus dili və mədəniyyəti mərkəzinin yaradılacağını deyib. Daha sonra K.Abdulla öz belaruslu həmkarına "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.

Təkliflər imzalanma mərasimi iştirakçıları tərəfindən də maraqla qarşılanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol