• $
  • €
  • ₽
  • ₺
  • £

Qədim torpağımızdan son görüntü - VIDEO

Qədim torpağımızdan son görüntü - VIDEO
03.02.2018 15:18
Ermənistanın məhşur  elektron-xəbər saytlarından biri olan "SİVİLNET.am”-nın analitik-jurnalisti Tatul Hakopyanın "Qarsın bir parçası” adlı videosu Ermənistan ictimaiyyəti arasında marağa səbəb olub. 

Bu barədə "Qafqazinfo”ya BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin  rəhbəri İsmayıl Tanrıverdi məlumat verib. O, bildirib ki, qeyd edilən materialda 1920 -ci ildə Qarsın bir parçası olan Ağbaba mahalının Ermənistana verilməsi haqqında qısa məlumat verilib. T. Hakopyan onu da vurğulaır ki, guya bu torpaqlar qədim erməni torpaqları olub və türklər buraları işgal etmişlər.

Videoda Ağbaba mahalının aynası kimi tanınan "Arpa” gölü və ətraf  kəndləri haqqında da maraqlı məlumatlar var. Buradan məlum olur ki, 1988-ci ildə Ermənistandan məcburi köçürülmüş azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilsə də, 30 il keçməsinə baxmayaraq, hələ də əksər kəndlərin adlarını əvvəlki türk adları ilə çəkirlər. Məsələn: Quzukənd, Güllücə, Qoncalı və sair.

Bundan başqa, diqqət çəkən məqamlardan biri də odur ki, jurnalist T. Hakopyan əsl erməni xarakteri nümayiş etdirərək yol kənarlarında olan qəbirsanlıqların necə qorunmasından həvəslə danışır. Videoda Yeniyol kəndinin qəbirsanlığı nümayiş etdirilir. Halbuki, kəndlərin çoxunda qəbir daşları və qəbirlər dağıdılmış
vəziyyətdədir. 

İsmayıl Tanrıverdi erməni jurnalistin hazırladığı videomaterialı da Azərbaycan dilinə tərcümə edib. Həmin materialı oxuculara təqdim edirik:

Erməni nümayəndə  heyətinin rəhbəri Aleksandr  Xatisyan və Türk generalı, XV Ordu Korpus Komandanı Kazım Qarabəkir.    (Xəritədə Ağbaba mahalı  açıq qəhvəyi rəngdə göstərilib.)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol