Bakıda faciəvi hadisə

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində - Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.
Hadisə şahidləri bildiriblər ki, piyadanı "Fiat Doblo” markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.
Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























