• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə sədri ilə deputatın sözü çəp gəldi

Bələdiyyə sədri ilə deputatın sözü çəp gəldi
06.02.2018 15:44
Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər.

Anews.az-ın xəbərinə görə, bunu Bakı şəhəri, Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında deyib.

O bildirib ki, "çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra mümkün ola bilər:

"Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin "çıxarış”ı olmur. Belə olan halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin "çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermirlər. Bu da ümumi prosesə təsir göstərir”.

Adıçəkilən komitənin üzvü Fəzail İbrahimli isə deyib ki, qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılması doğru deyil: 

"Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır?

Binalar qeydiyyata alınmalıdır, sonra vergi yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar? Əvvəl sənəd verin, sonra vergi yığın!”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol