ATV yeni reality show-ya start verir

ATV telekanalı yeni reality show-ya start verir. "Zaurla Günaydın" adlanacaq şou hər həftənin şənbə və bazar günləri səhər efirə çıxır. Bu barədə Anews.az xəbər portalı ATV-nin prezidenti Azər Xəlilovla söhbət zamanı məlumat əldə edib.
Verilişin aparıcıları Zaur və Günay Baxşəliyevlərdir. Xronometrajı iki saat olan bu veriliş əyləncə və informasiya formatındadır. Verilişin aparıcıları evlərinə ölkənin məşhur adamlarını dəvət edəcəklər. Veriliş canlı yayımlanır.
Bu Azərbaycan televiziya tarixində canlı yayımlanacaq ilk reality show olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























