• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Orqanların alqı-satqısına icazə verilsin

Nazirlik: Orqanların alqı-satqısına icazə verilsin
09.02.2018 15:01
Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda kriminal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik.

Anews.az xəbər verir ki, bunu fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bir çox hallarda insanlar öz aralarında transplantasiya üçün razılığa gəlirlər: 

"Biz buna göz yumuruq, amma reallıq budur. Bəlkə də buna icazə verməklə orqan transplantasiyası üçün növbədə olanların problemini həll edə bilərik. Buna görə də müəyyən bir çərçivədə buna icazə verilsə, yaxşı olar. Kriminal məqsəd üçün orqanların satılmasına görə isə sözsüz ki, sərt cəzalar olmalıdır”.

E.Əzizov qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: 

"Qanunda bununla bağlı bir məhdudiyyət yoxdur. Vətəndaşlar transplantasiya üçün klinikaya gedəndə qohum olmayanda ondan imtina edirlər. Belə halda, vətəndaşlar Səhiyyə Nazirliyinə müraciət edərək narazılığını bildirirlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol