20 ildir axtarılan azərbaycanlı cinayətkar lider tutuldu

Azərbaycandan olan cinayətkar qrupun rəhbəri Moskvada həbs edilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk söyləyib. Onun sözlərinə görə, bu şəxs 20 il müddətində Rusiya hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Bu şəxsin Azərbaycan ərazisində banditizmə görə axtarışda olduğu vurğulanıb. Onun başqa adlar altında Rusiya ərazisində gizləndiyi bildirilib.
Onun evində aparılan axtarış zamanı İJ-70 və "Brauninq” tapançaları, eləcə də 9 mm çapılı 23 patron götürülüb.
Volk bu şəxsin Azərbaycan ekstradisiyanın planlaşdırıldığını söyləyib. Rusiya tərəfi həbs edilən şəxsin adını açıqlamayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























