Sulutəpədə evlər su altında qaldı

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub.
Fövqəladə Hallar nazirliyi xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























