• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ikimərtəbəli binalar sökülür

Bakıda ikimərtəbəli binalar sökülür
12.02.2018 13:00
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köhnə ikimərtəbəli binalar sökülür.

Axar.az xəbər verir ki, Sovet dövründə tikilən köhnə ikimərtəbəli binaların sökülməsi hökumətin pilot layihəsinə əsasən həyata keçirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin nəzarəti ilə həyata keçirilən layihəyə əsasən binalar artıq boşaldılıb. Bəzilərinin söküntüsünə isə start verilib. Məlumata görə, sökülən ikimərtəbəli binanın yerində "Bakıxanov Residence”in növbəti onmərtəbəli binası inşa olunacaq.

Sökülən binaların sakinləri aparılan işlərlə əlaqədar artıq müvafiq yerlərə yerləşdirilib. Sakinlərin verdiyi məlumata görə, tikinti şirkəti tərəfindən onlara olduqca sərfəli təklif gəlib. Belə ki, müvəqqəti olaraq sakinlər kirayə evlərə yerləşdirilib. Kirayə haqları isə şirkət tərəfindən ödənilir. Kirayə qalmağa razı olmayan sakinlərə yaxınlıqda yerləşən eyni şirkətin inşa etdiyi hündürmərtəbəli binada mənzillər təklif edilib. Bununla razı olmayanlar isə ödənilən kompensasiya ilə istədikləri yerdə özlərinə mənzil ala bilərlər.

Edilən təkliflərdən biri də sakinlərin sökülməkdə olan mənzillərinin yerində tikiləcək binada eyni kvadrata uyğun mənzillə təmin edilmələridir.

Sakinlərə ödənilən kompensasiyanın məbləği barədə məlumat olmasa da, prosesin olduqca sakit və problemsiz getməsi göstərir ki, yüksək məbləğ ödənilib.

Xatırladaq ki, bir neçə il öncə Sabunçu Rayon İcra Hakimiyyəti hazırda sökülməkdə olan binaları abadlaşdırmış, təmir etdirmiş, fasadları və balkonları yeniləmişdi. Binaların qarşısında yaşıllıqlar salınmışdı.

Ancaq tikililərin həddən artıq köhnəliyi səbəbindən təmir işləri onları qorumağa şans vermədi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol