Masallıda məktəbdə yanğın: 68 şagird təxliyə edildi

Masallı rayonunda üçmərtəbəli məktəb binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, yanğın məktəbin üçüncü mərtəbəsində qeydə alınıb.
Hadisə nəticəsində sinif otağında döşəmə yanıb. Hadisə zamanı binadan 68 nəfər şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























