• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada qəzada ölən azərbaycanlı kimdir?

Rusiyada qəzada ölən azərbaycanlı kimdir?
12.02.2018 23:03
Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir, bu barədə Musavat.com-a mərhumun yaxın qohumu məlumat verib.

Qarabağ Azadlıq Təşkilatının sədrinin müavini, keçmiş döyüşçü İlqar Əli bildirib ki, faciəli şəkildə həlak olan N.Qəhrəmanov onun əmisinin nəvəsidir:
"Mətbuatda yayılıb ki, o, kriminal aləmin üzvüdür. Lakin əminliklə deyirəm ki, Namiqin kriminal alımlə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, bu sahəyə yaxın olmayan adam idi. Özü də Namiq Qarabağ döyüşçüsüdür. 4 il – 1992-96-cı illərdə orduda olub, Qarabağ uğrunda can qoyub. Tərtər, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Özü də artilleriya bölüyündə xidmət edirdi”.

İlqar Əlinin sözlərinə görə, N.Qəhrəmanov 10 ildən çox imiş ki, Rusiyada yaşayırmış: "Düzdür, bir neçə il əvvəl Rusiyadakı azərbaycanlıların kütləvi deportasiyası zamanı o da bura qayıtmışdı. Ancaq 2 ildən çox idi ki, orada uşaq geyimlərinin biznesi ilə məşğul olurdu, Orsk şəhərində özünün fabriki var idi. Elə qəza günü də ora uçurmuş ki, işçilərin maaşını verib, qayıtsın”.

N.Qəhrəmanovun ailəsi Yevlaxda yaşayırmış. Yevlax şəhəri Qasım bəy Zakir 19 ünvanında yaşayan ailə hazırda Namiqin nəşinin gətiriləcəyini gözləyir.
İ.Əli qeyd edib ki, N.Qəhrəmanovgil ailədə 6 qardaş, 1 bacı olublar. Mərhum qardaşların kiçiyi imiş. Atası 10 il əvvəl rəhmətə gedib.

Mərhumun özündən sonra 2 oğlu, 1 qızı qalıb. Qızının 10 yaşı var, oğlanları isə 6 və 7 yaşlarındadır: "Namiq dayısı qızı ilə ailə qurmuşdu. Həyat yoldaşı atasını da cavan itirmişdi. İndi də gözüyaşlı qaldı”.

Sədr müavini əlavə edib ki, N.Qəhrəmanov ara-sıra vətənə gəlib, ailəsinə baş çəkib, geri qayıdırmış: "Axırıncı dəfə 2 ay bundan əvvəl Bakıda görüşdük. Rusiya səfirliyinə hansısa sənədə görə getmişdi, oturub çay içib, söhbət etdik. Rəhmətlik çox bacarıqlı oğlan idi”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol