• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkillərindən yerli icra qurumlarına ittiham

Millət vəkillərindən yerli icra qurumlarına ittiham
13.02.2018 16:00
Bələdiyyələr yerli icra qurumlarından çəkinirlər.

Anews.az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.

 O, bəzi bələdiyyələri yerli icra hakimiyyətlərindən çəkinməkdə və onlardan asılılıqda ittiham edib:

"Bir çox bələdiyyələr təşəbbüskarlıq göstərmirlər, yerli icra hakimiyyətlərindən çəkinirlər. Daha doğrusu, icra hakimiyyətlərindən asılı vəziyyətdə olurlar. Bu, yolverilməzdir. Bələdiyyələr müstəqil olmalı, təşəbbüslərlə çıxış etməli, fəaliyyətlərini canlandırmalıdırlar”. 

Millət vəkili Qənirə Paşayeva çıxışında bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsini qabardıb. 

Millət vəkili qeyd edib ki, bu gün səlahiyyət bölgüsü məsələsində bir sıra problemlər yaşanmaqda, yerli icra orqanları tərəfindən bəzi bələdiyyələrin səlahiyyətləri mənimsənməkdədir: 

"Kənd yerlərində bir çox bələdiyyələrin səlahiyyətləri yox dərəcəsindədir. Onlardan soruşanda ki, niyə filan məsələni həll etmirsiniz, deyirlər ki, icra hakimiyyətinin, icra başçısının məsələyə münasibətini, cavabını gözləyirik, gözləyirik, görək onlar nə deyəcək.

Bu, düzgün deyil. Bu, bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsidir. Bələdiyyələr özləri də bu məsələdə az məsuliyyət daşımırlar. Çünki bir çox hallarda öz səlahiyyətlərini, hüquqlarını bilmirlər və nəticədə vətəndaşlar əziyyət çəkməli olur. Bunlar aradan qaldırılmalıdır”. 

Müzakirələrin sonunda hesabat səsə qoyulub və qəbul edilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol