• $
  • €
  • ₽
  • ₺
  • £

Orfoqrafiya Komissiyası İşçi qrupu yaratdı

Orfoqrafiya Komissiyası İşçi qrupu yaratdı
15.02.2018 15:27
"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasından anews.az-a verilən məlumata görə, İşçi qrupu "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları”na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq.

İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

AMEA Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri – akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir.

Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Respublika Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol