• $
  • €
  • ₽
  • ₺
  • £

“BakuBus” sərnişinlərə xəbərdarlıq etdi

“BakuBus” sərnişinlərə xəbərdarlıq etdi
15.02.2018 13:13
"BakuBus" avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanlar, maarifləndirici lövhələr bəzi sərnişinlər tərəfindən sökülür. Bununla yanaşı avtobusun özünə də ziyan vurulub.

AzVision.az xəbər verir ki, bu barədə "BakuBus" MMC tərəfindən yayılan məlumatda bildirilir. Qeyd olunub ki, xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, "zərərvericilərə” qarşı mübarizədə bəzən sərnişinlərimiz təəssüf ki, kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyi ortaya qoymaq istəmirlər.

"Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə bu hər bir sərnişinin haqqı olmaqla yanaşı daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir. Nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan əslində ictimai maraqlara vurulan ziyandır və təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də həmin şəxslərə layiqli münasibət bildirilmir, qanunsuz əməllərinə ətrafdakı sərnişinlər göz yumur.

Nəzərə almaq lazımdır ki, İctimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur". 

Qeyd edilib ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir. "Ancaq bu kimi halların qarşısının əvvəlcədən alınmasında və "köhnə vərdişlərini” tərgidə bilməyən "zərərvericilərə” qarşı digər sərnişinlərin ortaya qoyduğu münasibət və İctimai qınaq xüsusi əhəmiyyət daşıyır. 

Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə -avtobusa maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı ictimai fəal vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti ortaya qoymalı və ya aidiyyatı qurumlara məlumat verməlidir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol