Martda 15 gün istirahət edəcəyik

Mart ayında bayramlarla əlaqədar səkkiz qeyri-iş günü olacaq.
Anews.az xəbər verir ki, 2018-ci ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.
Qeyd edək ki, şənbə və bazar günləri nəzərə alınmaqla, ümimlikdə 15 gün istirahət edəcəyik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























