• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdaşda polislər özlərini suya atdı - VIDEO

Ağdaşda polislər özlərini suya atdı - VIDEO
19.02.2018 13:32
Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mersedes" markalı maşın su kanalına düşüb.

Report xəbər verir ki, hadisə zamanı maşında bir ailənin üç üzvü olub.

Hadisə zamanı ana və övladı - 1999-cü il təvəllüdlü Hümbətzadə Məsumə Bəhruz qızı və 6 aylıq övladı Hümbətzadə Selcan Oruc qızı xilasedicilər tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar DYP əməkdaşlarının xidməti maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların hər ikisi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Maşını idarə edən ailə başçısı Hümbətzadə Orucu vaxtında sudan çıxartmağın mümkün olmadığı bildirilir.

Qəzaya düşən ailə üzvləri Naxçıvan şəhər sakinləridirlər. Hadisə onlar Bakıdan Qazaxa gedən zaman baş verib.

Qeyd edək ki, Oruc Mehbalı oğlu Hümbətzadə İmişli rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

***

Kanala düşən maşındakı sərnişinləri polislər xilas edib.

Bununla bağlı Avtosfer.az-ın yaydığı məlumatda bildirilir ki, 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən "Mersedes” markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Qadın və qucağındakı 6 aylıq körpəsini son anda xilas edib, sudan çıxardıqdan sonra yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.
 
Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol