• $
  • €
  • ₽
  • ₺
  • £

Bu nazirliklərin adı da dəyişəcək - Akademik

Bu nazirliklərin adı da dəyişəcək - Akademik
20.02.2018 12:22
Orfoqrafiya lüğətində bəzi qaydaların dəyişdirilməsi büdcədən ciddi vəsaitlərin ayrılmasına səbəb ola bilər.

Kult.az xəbər verir ki, bu sözləri Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan dili iltisaqi cəhətdən güclü dildir:

"Ona görə də region dillərinin Azərbaycan dilinə təsiri olmur. Fars dilinin bizim dilimizə təsiri güclü olub. Çünki mükəmməl dildir. Ərəb dilinin də təsiri olub, çünki dinimizin dilidir. Rus dilinin dilimizə təsiri xüsusilə məişət üslubunda olub. Sadəcə, biz Avropa mənşəli sözləri öz dilimizə rus dilindən tərcümə olunmuş şəkildə qəbul etdiyimiz üçün bu gün rusdilli vurğudan Avropa vurğusuna keçə bilmirik. Bu problem bütün dillərdə var".

N.Cəfərov onu da qeyd edib ki, orfoqrafiya qaydaları layihəsində elə qaydalar var ki, əgər onların dəyişdirilməsi qəbul ediləsə, büdcədən ciddi məbləğdə vəsait ayrılmalıdır:

"Ana dilini gözəlləşdirmək üçün gözəl şeirlər yazmaq yox, sözləri düz yazmaq lazımdır. Orfoqrafiya qaydalarına dəyişiklik sadə proses deyil. Burada ediləcək dəyişikliklər nəticədə bir çox rəsmi sənədlərdə də dəyişikliyi zəriru edəcək. Elə qaydalar var ki, onların dəyişdirilməsi qəbul olunsa, büdcədən çoxlu pul ayrılmalıdır. Məsələn, iki "y" hərfi ilə yaxılan sözlərin bir "y" hərfi ilə yazılması qaydalara əlavə edilərsə, bir neçə nazirliyin rəsmi adı da dəyişdirilməlidir. Bunlar arasında Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi var... Bu, çox ciddi bir məsələyə çevrilə bilər".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol