• $
  • €
  • ₽
  • ₺
  • £

Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək

Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək
21.02.2018 10:25
Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir. 

"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.

Qəzet yazır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.

Vəkil Əsabəli Mustafayev də bildirib ki, Əli İnsanovun adı əfv sərəncamına salına bilər: "Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də  azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol