Azərbaycanda soyadları milliləşdirmək təklif olunur

Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır.
Anews.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O qeyd edib ki, insanların bu seçimdə azad olmalıdırlar:
"Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz olub. Yeni nəsil soyadlarında artıq sonluqlar millidir və müəyyən seçim etmək imkanı var. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də bu imkandan istifadə edə bilirlər. Xatırladım ki, hazırda soyadların milliləşdirilməsi prosesi "ASAN Xidmət"də çox rahat həyata keçirilə bilir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























