• $
  • €
  • ₽
  • ₺
  • £

650 minlik avtomobil hansı məmurumuzundur? - FOTO

650 minlik avtomobil hansı məmurumuzundur? - FOTO
25.02.2018 10:41
"Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?"
Bunu iqtisadçı Qubad İbadoğlu öz şəxsi səhifəsində yazıb.

İqtisadçı öz şəxsi səhifəsində yerli icra hakimiyyəti başçılarının birinə məxsus olduğu iddia edilən avtomobilin fotoşəklini paylaşaraq qeyd edib ki, şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir:

"Sahibinin və ya istifadəçisinin kim olmasını bilmirəm. Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır. Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?"

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol