• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu yollar bağlanacaq

Bakıda bu yollar bağlanacaq
25.02.2018 11:34
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Publika.az-a bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: "Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".

P.Hüseyn bildirib ki, 26 fevral günü Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidəsi istiqamətində yürüş keçiriləcək:

"Yürüş səhər saat 10-da "AMAY" Ticarət Mərkəzi istiqamətindən başlayacaq Yusif Səfərov küçəsi istiqamətində davam etdiriləcək.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, fevralın 26-da şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə nməhdudlaşdırılacaq: "Bu il də Xocalı soyqrımına həsr olunan yürüşə şərait yaratmaq məqsədilə, Xətai rayonu Nəcəfqulu Nəbiyev, Afiyəddin Cəlilov, Yusif Səfərov, Fəzail Bayramov küçələri istiqamətində yollarda avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən bunu nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edirik"

Xatırladaq ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol