• $
  • €
  • ₽
  • ₺
  • £

“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO

“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO
26.02.2018 14:14
"Wistfulness” – mənim bəstəkar kimi iştirak etdiyim, Xocalı faciəsinə həsr olunmuş layihədir. Düşünürəm ki, insanlığa qarşı törədilmiş bu vəhşiliyə heç kimsoyuqqanlı baxa bilməz.

Bu sözləri anews.az-a açıqlamasında "Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova bildirib.

O, bu dəfə müğənni kimi yox, bəstəkar və pianoçu kimi kamera qarşısına keçib. Aysel yeni işi barədə fikirlərini belə izah edib:

"Hər bir azərbaycanlı kimi, o gecədə nələrin baş verdiyi haqqda düşünəndə belə, dərin kədər və daxili hüzün hissləri məni bürüyür. Məhz bu hisslər məni bu musiqini bəstələməyə vadar etdi.

Azərbaycanı bu il "Eurovision”da  təmsil edəcəyimi bilirsiniz; bu gün Avropanın mənə və sənətimə olan diqqəti kimi, bu imkanı qaçırmayıb, bəstəmi təqdim edərkən, məqsədlərimdən biri də sözügedən mövzunu bir az da ictimailəşdirmək, daha geniş kütləyə çatdırmaqdır.

Çoxları məni müğənni kimi tanıyır, amma bu layihə də mən oxumaq istəməyib, bəstəkar və pianoçu qismində iştirak etməyə qərar verdim.

Bəstədə eşitdiyiniz kamança səsi Azərbaycanın Xalq artisti Fəxrəddin Dadaşovun ifasıdır, muğam bölümünü isə istedadlı xanəndə Vüqar Əliyev ifa edib. Videogörüntünün ideyası və çəkilişi Azər Cəfərə aiddir.

Milli Konservatoriya kollektivinə, özəlliklə Firudin Quliyevə çəkilişdə göstərdikləri dəstəyə görə dərin təşəkkür edirəm.

Bu layihədə əməyi keçən hər kəsin adından və öz adımdan Azərbaycan xalqına, əsasən həmin gecədə zərər çəkmişlərin ailələrinə və yaxınlarına səbr diləyirəm”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol