• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın oğlu maşınla adam vurub?

Deputatın oğlu maşınla adam vurub?
27.02.2018 10:49
"Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”. "Qafqazinfo” xəbər verir ki. bu sözləri Unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib. 

O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb: 

"Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan saytı bu gün məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam. Mənim övladlarım ümumiyyətlə avtomobil sürmürlər. Onlar elə yerdə çalışırlar ki, özlərinin sürücüləri var. Oğlanlarım uşaq deyil! Bizi istəməyən qüvvələr belə "informasiyalar” yaymaqla panika yaradır və məni provakasiyaya çəkmək istəyirlər”.

Xatıradaq ki, dünən Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub. Criminal.az xəbər verib ki, "Bakı" kinoteatrı yaxınlığında iki minik maşını toqquşub. Qəza nəticəsində bir qızın öldüyü bildirilir. Hadisə şahidləri iddia edir ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Hadisədən qısa vaxt sonra maşının nömrəsi ilə birlikdə o başqa maşınla ərazidən uzaqlaşıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol