• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı
27.02.2018 21:47
Bu ildən 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə verilən "Gələcəyin Müəllimi" təqaüdü 100 manatdan 50 manata endirilib.


Bu barədə Qaynarinfo-ya adı həmin siyahıya düşən tələbələrdən birinin valideyni Samirə Əhmədova məlumat verib:


"Bu il adı "Gələcəyin Müəllimi" təqaüdü alanlar siyahısına düşən tələbələrin təqaüdləri 50 faiz aşağı salınıb. Qızım Azərbaycan Dillər Universitetində oxuyur. Universitet rəhbərliyindən bildiriblər ki, bu qərar noyabr ayından verilib. Əgər belə bir qərar noyabrda verilmişdisə, nə üçün sentyabr və oktyabr aylarının da təqaüdü 50 manat verilib. Son günlərdə prezident İlham Əliyevin bütün təqaüdləri 10 faiz artırdığı halda, Təhsil Nazirliyi "Gələcəyin müəllimi" təqaüdünü niyə aşağı salır?".
 
Qeyd edək ki, "Gələcəyin müəllimi təqaüdü” Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə təsis edilib, peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol