• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta düyü və yumurta barədə açıqlama - RƏSMİ

Saxta düyü və yumurta barədə açıqlama - RƏSMİ
27.02.2018 22:22
Azərbaycan istehlakçıları saxta qidalardan və aşağı keyfiyyətdən şikayətçidir, Agentlik isə şikayətləri onlara ünvanlamağı tövsiyə edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) ticarət mərkəzlərində audit yoxlaması həyata keçirir. Yoxlamada məqsəd vətəndaşların keyfiyyətsiz ərzaq məhsullarının satışı barədə şikayətlərini araşdırmaqdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkələrdə ölkədə saxta düyünün satıldığı barədə növbəti video yayılıb. Kişi düyüləri tavada əridərək onların plastik olduğunu iddia edir.

Düyü zahirən adi bir məhsul kimi görünsə də, videonun müəllifi iddia edir ki, o, düyünün dadına baxıb və ondan razı qalmayıb. Onun düyülərin tavada əriməsindən bəhs edən videosu sosial şəbəkə istifadəçilərini iki düşərgəyə bölüb. Şərh yazan istifadəçilərin bir qismi istehsalçıları və mağazaları günahlandırıb. Digər qismi isə video müəllifinin düyünün əriməsini aydın nümayiş etdirə bilmədiyini, plastik düyü əhvalatının sensasiya xatirinə uydurulduğunu qeyd edib.

Lakin QTA-dan bildiriblər ki, indiyə qədər onlara "plastik düyü" və ya "saxta toyuq yumurtası" barədə şikayət daxil olmayıb. Əgər bu tip şikayətlər olarsa, QTA vətəndaşları dərhal agentliyin "qaynar xətti" — (012) 565- 12-72 və ya (012) 565-12-82 nömrələri vasitəsilə onlara müraciət etməyə çağırıb. Agentlik daxil olan şikayətlər əsasında ticarət obyektlərində yoxlamalar həyata keçirməyi və ərzaqlardan nümunələr götürərək laboratoriya analizi aparmağı vəd edir.

QTA gənc qurumdur və 2018-ci ilin yanvarından ancaq fəaliyyətə başlayıb. Agentliyin nümayəndələri bildiriblər ki, heç bir şikayət diqqətdən kənarda qalmayacaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol