• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin NƏZƏRİNƏ! Bulvar yenə bağlanacaq

Əhalinin NƏZƏRİNƏ! Bulvar yenə bağlanacaq
01.03.2018 00:53
2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir,  bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.


N. Arpadarai bildirib ki, bilet satışları gözlənildiyi kimi uğurla gedir və yarışmaya maraq əvvəlki illərdən daha yüksəkdir. N.Arpadarainin sözlərinə görə, tikinti işləri də qrafikə uyğun davam edir: "Çalışırıq ki, tikinti işləri ilə bağlı yollar bağlanmasın, insanlara narahatlıq yaradılmasın. Mart ayında bütün əsas tikinti işləri, o cümlədən tribunaların quraşdırılması başa çatdırılacaq, ümumilikdə isə tikinti işləri son günə qədər davam edəcək, çünki yarışma zamanı yollar bağlanır və bunun üçün də həmin vaxt müəyyən işlər görülməlidir".
Həmçinin N.Arpadarai yarış günləri dənizkənarı bulvarın bağlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il də iyunun 23-25-dək Bakıda keçirilən Formula 1 yarışı ilə əlaqədar dənizkənarı bulvar bağlı olub. Belə ki, həmin zonaya giriş bileti olan insanlar üçün açıq olub.

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına 2017-ci il noyabrın 6-dan start verilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol