• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva Orduxanla çəkilən selfidən danışdı

Qənirə Paşayeva Orduxanla çəkilən selfidən danışdı
01.03.2018 12:21
Milli Məclisin deputatı Qənirə Paşayeva Hollandiyada yaşayan müxalifətçi bloger Orduxan Teymurxanın sosial şəbəkələrdə onunla olan fotosunu paylaşmasına münasibət bildirib.

"Ölkə.Az”ın məlumatına görə, Q.Paşayeva həmin fotonun bir neçə il öncə Avropa Şurasının iclaslarında iştirakı zamanı çəkildiyini söyləyib:

"Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının "sizinlə foto çəkdirəcəm”,- deyərək qəfil kənardan çəkdiyi bir selfie fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm:

Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını, və yaxud kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də insanlar gözəl başa düşürlər. Odur ki, özünüzü bu qədər gülünc yerinə qoymayın!”.
Xanım deputat sosial şəbəkələrdə ona qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

"Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdilər. Nə deyim, Allah sizə ağıl versin! O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır,  əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Bəzi kimliyini bildiyim şəxslər mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti aparır. Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmağıma belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol