• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Bakıda reyd keçirib

Nazirlik Bakıda reyd keçirib
02.03.2018 14:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Nizami rayonu, Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı sözügedən ünvanda "Gündüz-AS” MTK tərəfindən hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub. 

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan "məcburi göstəriş” verilib.

Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol