Baş redaktor dəm qazından boğulub öldü

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.
Modern.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Nərimanov rayonunda baş verib. Jurnalist və hüquq müdafiəçisi, Femida.az saytının baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
E. Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir. Hazırda meyiot müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Allah rəhmət eləsin!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























