• $
  • €
  • ₽
  • ₺
  • £

"Nazirliklərin günahı ucbatından 25 nəfər külə döndü" - AÇIQLAMA

"Nazirliklərin günahı ucbatından 25 nəfər külə döndü" - AÇIQLAMA
28.05.2020 23:50
2 mart tairixində, səhər saatlarında Respublika Narkoloji Mərkəzdə güclü yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər ölüb, 4 nəfər də yaralanıb. Bu qədər insan itkisinə səbəb olan yanğınınn hansı səbəbdən baş verməsi cəmiyyətdə sual doğurur. Hətta bu hadisənin yanğından mühafizə və təhlükəsizlik qaydalarının lazımı formada təşkil edilməməsindən baş verməsi kimi fikirləri də səsləndirilir. 

Bununla bağlı BiG.AZ-a danışan MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayıl qeyd edib ki, Bu cür dəhşətli yanğının baş verməsi və 25 nəfərin həlak olması Səhiyyə Nazirliyinin, Fövqəlada Hallar Nazirliyinin səhlənkarlığı ucbatından baş verib: "Çünki onlar zamanında təhlükəsizlik işlərini görməli idi. Heç bir təhlükəsizlik sistemini təmin etmədən xəstələri qapalı yerdə və əlləri-qolları bağlı halda saxlamaq 21-ci əsrdə Səhiyyə Nazirliyi üçün mənfi bir haldır. Belə hadisələr də baş verəndə heç nə edə bilmirlər. Xüsusilə Səhiyyə Nazirliyi və Fövqəlada Hallar Nazirliyi qabaqlayıcı və təhlükəsizlik tədbirləri görsəydi bu qədər insan ölməzdi. Yanğından ehtiyatlı olmaq üçün bütün bunları görmədiyi üçün bu hal baş vermişdi. Təkcə o xəstəxanada deyil digər yerlərdə də bu problemlər mövcuddur. Təhlükəsizlik və yanğından mühafizə tədbirləri vaxtında görülmədiyi üçün bu cür yanğınlar təkrarlanır”. 

Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bildirib ki, 25 nəfərin faciəli şəkildə həlak olması haqqında konkret fikirlər söyləmək üçün faktlar olmalıdır: 

"Bununla bağlı məsuliyyət məsul şəxslərin üzərinə düşür. İstənilən halda Fövqəlada Hallar Nazirliyi hər bir iaşə obyektində, xəstəxanalarda, məhkumların saxlanma yerində və digər məkanlarda mütləq bu məsələləri nəzərdə tutur. Hər müəssisənin baş planı olunur. Həmin baş planda təxliyə yolları göstərilir. Qəti fikir söyləmək çətindir. Çünki hüquqi araşdırma tələb edir.Əlbəttə ki, bütün araşdırmalardan sonra məhsul şəxs həbs ediləcəkdir. Amma bu cür hadisənin baş verməsi və 25 nəfərin həyatını itirməsi olmaması gərəkən bir hadisədir. Hiss olunur ki, hadisə yanğından mühafizə kimi təhlükəsizlik qaydalarının yerində olmamasında baş verib. Bu yanğın məsul şəxslərin vəzifələrini düzgün yerinə yetirmədiklərindən qaynaqlanır. Çünki istənilən yerdə yanğın ola bilər. Əgər yanğın bu qədər insan itkisinə səbəb olursa burda təhlükəsizlik qaydaların tədbiq edilməməsindən qaynaqlanır”. 

Ağasəlim Həsənov vurğulayıb ki, bu cür üzücü hadisələr cəmiyyətdə mənfi qarşılanır: "İnsanların yaşadaqları cəmiyyətə inamını itirir. Bu hadisədən sonra vətəndaşlarımız düşünəcək ki, əgər bir yanğın nəticəsində 25 nəfər faciəvi şəkildə həlak olursa bu hal digər yerlərdə də təkrarlana bilər. Bu güvənli olan və təhlükəsizlik məsələlərlə ilgili olan şəxslərin o qədər yetkili olmadığını göstərir. Əlbəttə bu da insanlarda inamsızlığa səbəb olur”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol