• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda kriminal avtoritetin silah-sursatı oğurlanıb

Masallıda kriminal avtoritetin silah-sursatı oğurlanıb
05.03.2018 10:32
Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə "Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub. Həmin evdən bir ədəd "Kalaşnikov” tipli AKSM markalı avtomat, bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3 ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan yardımçı tikilidə basdırıb.
 
İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və törətdikləri əməli etiraf edib. 
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol