“Nazirlik xalq artistini qamışlıqda dəfn edib” - Bəstəkarın xanımı

Xəbər verdiyimiz kimi , martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri dəyişdirilib.
Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər AzVision.az-a bildirib ki, məzarın yerinin dəyişdirilməsi onun istəyi ilə baş tutub.
"Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına Tahir bəyin dəfn edilməsi ilə bağlı müraciət etdim. Sağ olsunlar, dəfn üçün yer verdilər. Ancaq verdikləri yeri Tahir Əkbərə layiq bilmədim. Ora illərdir Azərbaycan musiqisinə xidmət edən şəxsin dəfn yeri deyildi. Bu səbəbdən ona sonuncu borcumu yerinə yetirib, anasının yanında dəfn etdirdim”, - A.Əkbər vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























