Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 47 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu” Qaydalarında müəyyən dəyişikliklər edilib. Dəyişikliyə əsasən, abituriyentlər yaz və yay sessiyaları şəklində keçiriləcək imtahanlarda iki müxtəlif ixtisas qrupu üzrə imtahanda iştirak edə bilərlər. Həmçinin, abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirakına icazə veriləcək.
Məsələylə bağlı təhsil eksperti Cahid İsmayıloğlu AzEDU.az-a açıqlamasında, bunun ilk növbədə abituriyentlərin seçim imkanlarını genişləndirəcəyini bildirib:
"Universitetəhazırlaşan şagird bir ixtisas qrupuna seçim imkanı olduğu üçün digər qruplarda mövcud fənləri diqqətdən kənarda saxlayırdı. İndi isə seçim imkanını nəzərə alıb, digər fənləri də vaxt ayırmalı olacaq. Dəyişiklikdə əlavə edilən ixtisaslar konkret sahələri əhatə edir, günün tələbinə uyğundur. Hətta deyərdim ki, əlavə edilmiş ixtisasların bir çoxunda biz gecikmişik, çünki bu sahədə mövcud kadr çatışmazlığı var”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























