• $
  • €
  • ₽
  • ₺
  • £

ANS haqqında yeni AÇIQLAMA

ANS haqqında yeni AÇIQLAMA
06.03.2018 16:27
ANS Zoologiya İnstitutunun bəzi ərazilərini boşaldıb.

Anews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.

ANS-in boşaltmadığı otaqların da qaldığını vurğulayan direktorun sözlərinə görə, həmin otaqlarda şirkətin əmlakı, avadanlıqları var: "Bu təxminən 1000 kv.metrə yaxın ərazini əhatə edir. Ayrıca bir sahə isə aidiyyəti dövlət orqanları tərəfindən möhürlənib. Bu, artıq ANS-in iradəsindən asılı deyil, ANS istəsə də, həmin avadanlıqları oradan çıxara bilməz. ANS-in məskunlaşdığı bina Azərbaycan Milli Elmlər Akademiyasına, Zoologiya İnstitutuna məxsusdur. Amma ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamışdı, bizim binada icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi.

Sonradan isə Dövlət Komitəsi həmin müqaviləni ləğv etdi və əmlak Zoologiya İnstitutuna qaytarıldı. Bina qaytarılmalı idi, lakin bu çox çətinliklə baş verdi. Hazırda 80 faiz ərazi Zoologiya İnstitutuna aiddir. Biz özümüz də çətin vəziyyətlə üzləşmişik. Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətə düşdüyü üçün onlar da bizim binaya köçürlər. Ona görə də bizim yaşayış sahələrinə çox böyük ehtiyacımız var".

E. Yusifov ANS-in vaxtilə Zoologiya İnstitutuna məxsus binada qeyri-qanuni olaraq yerləşdiyini də qeyd edib: "Bunlar hamısı faktdır. Akademiyanın prezidenti, hörmətli akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bu barədə çıxış etdi. Biz o əraziləri çox çətinliklə geri alırıq. Sanki ANS-in əmlakının ödənişsiz gözətçisinə çevrilmişik".

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol