Bakıda 2 uşaq dəm qazından öldü

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.
"Qafqazinfo” xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.
Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.
Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























