• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin qudasi işdən çıxarılıb! – Yaş senzinə görə, amma…

Ramiz Mehdiyevin qudasi işdən çıxarılıb! – Yaş senzinə görə, amma…
28.05.2020 21:02
Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi ilə əlaqədar bu yaxınlarda işdən azad olunanlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qudası (Oğlu Timur Mehdiyevin qayınatası-red.) da olub. "AzPolitika.info”ya verilən məlumata görə, Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqovun yaş senzinə görə işdən azad olunduğu bildirilsə də, PA rəhbəri bu qərardan narazılığını gizlətməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin strukturunda dəyişiklik və ixtisarlar nəticəsində İ.Sadıqovla birlikdə daha 8 şöbə müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onların bəziləri yaş senzinə görə işdən çıxarılıb, bəzilərinin isə rəhbərlik etdiyi şöbələr ləğv olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb.

Dəyişikliklər prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanı əsasında aparılıb. Həmin fərmanda qeyd olunurdu ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedib.

Nazirlər Kabinetinin mətbuat xidməti işdən azad edilən şəxslərin kimliyini açıqlamasa da, onların adı sonradan mətbuata məlum olmuşdu. Vəzifədən çıxarılanlar aşağıdakı şəxslər idi:

Baş nazirin 85 yaşlı müşaviri Musa Məmmədov
Ümumi şöbənin müdiri Ziyavəddin Qasımov
Sənaye və energetika şöbəsinin müdiri Səyyad İsmayılov
Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə
Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov
Nazirlər Kabinetinin ləğv olunan şöbələri isə aşağıdakılardır:
MDB ölkələri ilə iş şöbəsi (müdir Kamal İsmayılzadə)
Məxfi Şöbə (Müdir Kamil Katibli)
Kadrlar Şöbəsi (Müdir Səriyyə Əzimova)
Hərbi və inzibati şöbə (müdir Elman Gərayzadə)

Qeyd edək ki, İsmayıl Sadıqov həm də Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol