• $
  • €
  • ₽
  • ₺
  • £

“Bazarstor”un şirniyyatından tarakan çıxdı

“Bazarstor”un şirniyyatından tarakan çıxdı
07.03.2018 14:56
"Bazarstor”da satılan şirniyyatın içindən tarakanın çıxması ilə bağlı araşdırma aparılacaq. Araşdırma zamanı məlum olsa ki, həqiqətən də şirniyyatı hazırlayan şirkət nöqsana yol verib, onunla əməkdaşlıq kəsiləcək.

Bu sözləri Axar.az-a "Bazarstor”un PR və Marketinq şöbəsinin müdiri Günay Novruzqızı sözügedən marketdə satılan şirniyyatın içindən tarakan çıxmasını əks etdirən fotonun yayılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, təxribat da ola bilər:

"Araşdırma aparılmamış bir söz demək mümkün deyil. "Bazarstor”da açıq şirniyyatlarda belə hala rast gəlinə bilməz. Çünki mütəmadi nəzarət edilir və təmizlənir. Qapalı halda gələn şirniyyatla bağlı isə araşdırma aparıldıqdan sonra bir söz demək mümkündür. Bizim əməkdaşlar ora yollanıb yoxlama aparacaq və nəticə barədə məlumat veriləcək”.

Marketin PR və Marketinq şöbəsinin müdiri bildirib ki, bir müddət əvvəl marketdə satılan çörəkdə də problem olmuşdu və elə buna görə də həmin çörək şirkəti ilə əməkdaşlıq dayandırıldı.

Qeyd edək ki, Badamdar qəsəbəsində fəaliyyət göstərən "Bazarstor” mağazasından alınan şirniyyatdan tarakan çıxdığını əks etdirən fotolar yayılıb.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol