• $
  • €
  • ₽
  • ₺
  • £

Röyanın sevgilisi olduğu iddia edilən general oğlu birinci qrup əlildir? - AÇIQLAMA

Röyanın sevgilisi olduğu iddia edilən general oğlu birinci qrup əlildir? - AÇIQLAMA
07.03.2018 17:57
Əməkdar artist, müğənni Röya ilə sevgili olduğu xəbəri yayılan Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu Telman Əkbərovun maşın kolleksiyasını özündə əks etdirən fotoşəkillər yayılıb. 

Yayılan fotoşəkillərdə diqqət çəkən məqam isə general oğlunun avtomobilinə yerləşdirilən əlil tanıma nişanının olmasıdır. Bu isə sosial şəbəkələrdə general oğlunun əlil olması ilə bağlı söyləntilərə və müzakirələrə səbəb olub. 

Bu nişanın hansı şərtlər daxilində avtomobilə yapışdırılması və bu nişanın general oğlunun avtomobilinə yapışdırılmasının hansı qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı BiG.AZ-a danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bunun Yol Hərəkəti Haqqında qanunun tələblərinə zidd olduğunu, buna görə 40 AZN məbləğində cərimə müəyyən olunduğunu bildirib: 

"Kimliyindən asılı olmayaraq hər avtomobilə bu nişanın vurulması qadağandır. Yol Hərəkəti haqqında qanuna görə qanunsuz olaraq əlil tanıma nişanının istifadəsinə görə cərimə müəyyən olunub. Bunun 40 AZN cəriməsi var. Bu nişanın quraşdırılması üçün avtomobil əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təmin olunmalıdır. Burada söhbət birinci qrup əlillərdən gedir. 


Dövlət Yol Polis idarəsi həmin maşına baxış keçirdir, əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təchiz olunmasını nəzərdən keçirdir və həmin məlumatlar Mərkəzi Məlumat Bazasına yerləşdirilərkən orada xüsusi qeyd yazılır ki, bu avtomobil əlillər üçün nəzərdə tutulan konstruksiya ilə təchiz olunub. 

Bəli, bu haldan sonra vətəndaş həmin nişanı öz avtomobilinə yerləşdirə bilər. Əgər kimsə böyrəyindən əməliyyat olunubsa, hansısa bədbəxt hadisə nəticəsində barmağını itirirsə, yanğın zamanı hansısa nahiyəsi yanırsa və buna görə 2-3-cü qrup əlil kimi özünü qeydiyyat saldırırsa bu cür nişanlardan istifadə edə bilməz. 

Bu avtomobilin kimə məxsus olması və kim tərəfindən idadə olunmasından asılı olmayaraq bəzən sürücülər parklanma ilə bağlı çətinlik yaşayırlar o zaman bu nişandan istifadə edərək parklanma qaydalarını poza bilirlər. Bu səbəbdən də yəqin bu sürücü parklanmaya yer tapmayanda bu nişandan avtomobilinə yapışdırıb istədiyi yerdə avtomobilini saxlayır". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol